HİDROGEOLOJİ PLANALMA

hidrogeoloji xəritələrin tərtibi və ərazinin ümumi hidrogeoloji xəritələrin tərtibi və ərazinin ümumi hidrogeoloji şəraitini qiymətləndirmək məqsədi ilə aparılan çöl tədqiqatları kompleksi H.p.prosesində sulu horizontları, kompleksləri və zonaları təşkil edən süxurlar, onların süzülmə xassələri, suyerləşdirici süxurların qalınlığı, təzyiqin ölçüsü, yeraltı suların tipi, keyfiyyəti və rejimi öyrənilir; əsas hidrogeoloji parametrlərin əhəmiyyəti xarakterizə edilir, yeraltı suların qidalanması və əmələ gəlməsinə təsir göstərən geoloji, geomorfoloji, hidroloji, iqlim amilləri və s. qiymətləndirilir.
HİDROGEOLOJİ XƏRİTƏLƏR
HİDROXARİTLƏR
OBASTAN VİKİ
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Marşrut planalma
Marşrut planalma (rus. маршрутная съемка, ing. compass sketching) — topoqrafik və başqa xəritələri tərtib etmək və yenidən düzəltmək üçün ayrı-ayrı marşrutlar üzrə yerin plana alınmasıdır. İnstrumental menzula, aerofototopoqrafik və b. ilə /, yaxud gözəyarı planalma üsulları ilə aparılır.
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.